Manşet / İqtisadiyyat

Sumqayıtda antifriz istehsalına başlanılıb


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC-də yeni növ məhsulun – avtomobil mühərrikinin soyutma sistemində istifadə edilən antifriz istehsalına başlanıb. Müəssisədə il ərzində 3 min ton antifriz istehsalı planlaşdırılır.
“Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə hazırda 100 növdə 350 çeşid sürtkü yağı istehsal edilir. İndiyədək “Alco” MMC tərəfindən 23 milyon manatdan çox məhsul istehsal edilib ki, bunun da 16 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.
İnvestisiya dəyəri 10 milyon ABŞ dolları olan müəssisədə 70-dən çox işçi çalışır.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR