Cəmiyyət

Mayın 8-də gözlənilən hava


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR