Cəmiyyət

YAP Sumqayıt şəhər təşkilatında elmi-praktik videokonfrans keçirilib


Mayın 7-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı tərəfindən ZOOM platformasında “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzulu video formatda elmi-praktik konfrans keçirilib. 
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri, YAP İdarə Heyyətinin üzvü Ramiz Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və təhsil, Səhiyyə komitələrinin üzvü Müşfiq Məmmədli, şəhər təşkilatının İdarə heyəti və Şura üzvləri, Gənclər birliyinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və siyasi fəallar iştirak ediblər. 
Tədbiri giriş nitqi ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbir iştirakçılarını salamlayıb və tarixə, siyasi proseslərə nəzər salaraq qeyd edib ki, Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu, onun banisidir. XX əsrin ikinci yarısında fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Bu, Heydər Əliyevin böyük siyasətinin bugünümüzə və uzaq gələcəyə hesablanmasının aydın ifadəsidir – söyləyən sədr qeyd edib ki, tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətin, xalqın milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəyə uğur gətirən, daim yüksəkləri fəth etməyi şərtləndirən siyasəti təmin etməkdir. Heydər Əliyev cismən aramızda olmasa da, Onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib. Qeyd olunub ki, son illərin mənzərəsi göstərir ki, Ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Bir sözlə, Ümummilli liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan Ali Baş Komandanımız İlham Əliyev tərəfindən başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Daha sonra Ramiz Hüseynov sözü məruzəçilərə verib. 
SDU -nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda çıxış edərək qeyd edib ki, tarix hər bir millətə əsl şəxsiyyətləri nadir hallarda bəxş edir. Bu cür nadir insanlar elə həmin tarixi yaradır, ona əbədi və silinməz qızıl hərflərlə şərəfli sətirlər yazır, millətlərini, xalqlarını, dövlətlərini ucaldırlar. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi belə nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq, bu gün milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən böyük öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə anılır.
XX əsrin axırlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev təcrübəli siyasətçi, müdrik dövlət başçısı, xalqını və Vətənini hər şeydən çox sevən bir insan idi. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir.
Şirxan Səlimov Heydər Əliyev dühasının Azərbaycan xalqı, Azərbaycan dövləti və dövlətçiliyi, həmçinin bütün türk dünyası, müsəlman dünyası üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin qurucusu olan Ümummilli liderin xalqımızı və ölkəmizi dünya miqyasında tanıtdığını bildirib. Vurğulayıb ki, həyatını xalqına həsr edən Ulu öndərin zəngin tarixə malik ictimai-siyasi, dövlətçilik fəaliyyəti xalqa və dövlətə xidmətin ən ali nümunəsi, ən parlaq təzahürüdür. O, diqqətə çatdırıb ki, bunlar barədə nə qədər kitablar yazılmış olsa da, hələ çox tədqiqat əsərləri yaranacaq.
Tədbirdə həmçinin, YAP Sumqayıt şəhər təşkilatı Siyasi şurasının üzvü Orucəli Allahverdiyev “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda çıxış etdi. Orucəli Allahverdiyev qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Orucəli Allahverdiyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Qeyd olundu ki, doğrudan da YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olduğu diqqətə çatdırılıb. Habelə partiyanın k bir dəstəsi olan, öz sıralarında 28.000 nəfəri birləşdirən YAP Sumqayıt şəhər  təşkilatının fəaliyyətindən də geniş danışılıb.
Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Siyasi fəal Elvin Əlizadə, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt şəhər 12 nömrəli orta məktəbin ərazi partiya təşkilat sədri Böyxan Ağayev, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova “Ümummilli Lider Heydər Əliyev – Azərbaycan Dövlət Gənclər siyasətinin yaradıcısı kimi”, Sumqayıt şəhər Uşaq xəstəxanasının şöbə müdiri, ərazi partiya təşkilat sədri Sehri Babayev “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında rolu və yeri” , Sumqayıt Texnologiyalar Parkı ərazi partiya təşkilatının sədri, şöbə müdiri Zirəddin İsmayılov “Azərbaycan sənayesinin qurulması və inkişafında Heydər Əliyevin uzaqgörən siyasəti” və YAP Sumqayıt şəhər təşkilatı GB-nin fəalı Tural Əlibabayev “Böyük xilaskar Heydər Əliyev və Müstəqil Azərbaycanda ordu quruculuğu” , YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Siyasi fəal Elvin Əlizadə mövzuları ətrafında çıxışlar etdilər. Ümumilli liderə sonsuz məhəbbətlərini bildiriblər.
Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov tədbirə yekun vurub.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR