İqtisadiyyat

“SOCAR Polymer” məhsul ixracını artırır


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-də polipropilenin iki yeni növünün - CB 4848 MO və CB 6448 MO istehsalına başlanılıb. Polipropilenin bu növlərindən başlıqlar, qapaqlar, mat konteynerlər kimi bərk, nazikdivarlı qablaşdırma məhsullarının, habelə müxtəlif məişət ləvazimatlarının, idman mallarının və oyuncaqların hazırlanmasında xammal kimi istifadə edilir.
Hazırda hər iki polipropilen növünün Rusiya, Türkiyə və digər ölkələrə ixracına başlanıb.
Qeyd edək ki, “SOCAR Polymer” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisədə polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, bir sıra ölkələrə də ixrac olunur.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR