Faydalı

Hikmətli tövsiyələr


Axır zamanda ani ölüm hadisələri çoxalacaqdır. Baxırsan ki, adam rahat, sağlam və gəncdir, sonra anidən dünyasını dəyişir. Səbəb isə yol qəzası, ürək tutması, yaxud hansısa ani səbəbdir. Bu hal olduqca çoxdur və siz də bunun şahidi olur, eşidirsiniz.
Buna görə də biz daha çox tövbə etməli, Allahdan bağışlanma diləməli, axirət yurdunu, ölümü, haqq-hesabı unutmamalıyıq. Sonra qiyamət günü gəldikdə əməllərimiz tərəzidə ölçüləcəkdir.
“Kimin tərəziləri ağır gələrsə” yəni, yaxşı əməlləri çox olarsa, “Nicat tapanlar onlardır”. “Kimin tərəziləri yüngül gələrsə…” yəni, pis əməlləri yaxşı əməllərindən çox olarsa, ”Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar.”
(əl-Muminun: 103).
Onlar mal-dövlətlərinə deyil, məhz özlərinə ziyan edənlərdir. Onların cəzası cəhənnəmdir. Onlar üçün cəhənnəm bir-iki günlükdür?! Xeyr, əbədidir. Onlar orada əbədi qalacaqlar.
Gücümüz və qüdrətimiz yalnız Allaha aiddir
Dahi alim Salih Fovzan
——————
Fudeyl İbn İyad deyir ki, bir dəfə məscidə gedirdim. Bir evin yanından keçəndə gördüm bir qadın öz uşağını vurdu və uşağı evdən çıxarıb qapının ağzına qoydu.
Mən məsciddən çıxıb öz evimə qayıdanda yenə həmin evin qarşısından keçdim və gördüm ki, uşaq hələ də qapının ağzında uzanıb və ağlayır. Mən ayaq saxladım və kənardan müşahidə etdim. Uşaq ağlayaraq anasından onu bağışlamasını və evə buraxmasını istəyirdi. Çox keçmədi qapı açıldı və anası uşağı evə buraxdı.
Fudeyl deyir ki, vallahi mən düz saqqalım bütünlüklə yaş olana qədər dayanmadan ağladım. Çünki bildim ki, bu uşağı anası içəri buraxdısa, biz Allahın qapısından əl çəkməsək, səbr etsək, bağışlanma diləsək Allah o qapını mütləq bizim üzümüzə açacaq. Çünki Allah ən Mərhəmətli olandır və Onun misalı daha ucadır.
——————
Sufyan əs-Sövri çox təqvalı biri idi. Hakimin onu məmləkətə qazilik təklifinə görə bir gecəlik istixarə etmək üçün möhlət istəmişdi. Həmin gecə bütün əşyalarını yığıb yaşadığı şəhərdən qaçmışdı. Bir müddət səfərdə orda-burda özünə yurd sala bilmədi. Nəhayət kəndlərin birində bir adamın yanında üzüm bağına işə düzəldi. Uzun illər sonra bağ sahibinin yanına Sufyan əs-Sövrinin qaçdığı şəhərdən bir qonaq gəldi. Bağ sahibi Sufyana “bizə üzüm gətir” dedi. Sufyanın gətirdiyi üzüm turş çıxdı. Bağ sahibi ikinci dəfə “bizə şirin üzüm gətir” dedi və bu üzüm də turş çıxdı, qonağın və bağ sahibinin xoşuna gəlmədi. Sufyanı qəzəblə çağırıb “niyə turş uzum gətirirsən?” deyəndə təqvalı imam “mən üzümlərin dadına baxmıram, mənə üzümlə qulluq etmək üçün maaş verirsiz, üzüm yemək üçün deyil, mənə halal olmaz onlardan dadım” deyəndə, bağ sahibinin qonağı kinayə ilə “əşi, sən lap Sufyan əs-Sövri kimi danışdın” dedi, amma bilmədi ki, qarşısında ona xidmət edən elə halal-haram kimi bir məsələdə həssasiyyətindən dolayı bütün məmləkətdə ad çıxaran məşhur alim Sufyan əs-Sövrinin özü idi.
——————-
Əbu İshaq rahiməhullah deyir ki, mən uşaq idim və atam məni boynunda özüylə birgə cümə namazına apardı. Mən həmin günü ilk dəfə Əli ibn Əbu Talibi minbərdə insanlara xütbə söylədiyi halda gördüm. Əli ibn Əbu Talib minbərə qalxanda atam mənə dedi ki, oğlum, bax bu möminlərin əmiridir. Mən ona baxdım və gördüm ki, o ağ saqqallı, ağ saçlı nurani bir qocadır. Hava isti idi və möminlərin əmiri paltarıyla özünü yelləyirdi. Mən atama dedim ki, deyəsən əmirəlmöminin özünü sərinlədir. Atam dedi xeyr, onun yalnız bir köynəyi var və köynəyini yuyublar deyə onu qurutmağa çalışır.
——————
Yadımdadır, ümrədə yanımızda Kosta-Rikalı bir müsəlman dua edirdi, elə dua edirdi ki, öz duamıza yox, onun etdiyi dualara amin deyirdik. Deyirdi Allahım, bilirəm, çox yaxşı bilirəm ki, məni bu bəlaya düçar etmisən ki, mənim yalvarışlarımı eşidəsən, eləysə budur, sənin evində sənin qonağınam, qoy bütün məxluqat mənim sənin qarşındakı acizliyimi, zəiflimi görsün, sənə yalvarıram...
Beləcə dayanmadan Allaha dua edirdi. Dua edəndə belə edəsən, yoxsa əl açıb iki-üç kəlimə deyəndən sonra tələm-tələsik amin!amin! deməklə dua olmur.
——————
Əgər sənə fikir gəlsə.........
Əgər şeytan sənə Cənnətə getməyəcəyin barədə fikir gətirsə, dünyaya başını qatıb Cənnəti sənə unutdursa Allahdan bağışlanma istə, Allaha tövbə et, Allaha doğru yaxınlaşmaq üçün cəhd elə, o düşməndən Allaha sığın, bunun yollarını axtar! Tap!
Rəbbinə tövbə et! Allaha tərəf yönəlməyə başla. Allahdan bağışlanmağını çox-çox istə. Çox-çox "Əstəğfirullahə və ətubu ileyhi" - Allahım! Bütün günahlarıma görə sənə tövbə edir və səndan bağışlanmağımı istəyirəm - sözlərini de!.. Bunun yollarını axtar tap... Hələ həyatdasan, nəfəsin gedib-gəlir. Tövbə qapıları açıqdır! Tövbə et!...
Əgər şeytan sənə heç vaxt günahlarının bağışlanmayacağı fikrini gətirsə, təqsirlərindən heç vaxt əfv olunmayacaqsan, günahların heç vaxt bağışlanmayacaq, qurtuluş və nicat yolun yoxdur fikrini sənə gətirsə dərhal Allahın fəzilətini, sənə kömək edəcəyini, bütün günahlarının bağışlayacağını, sənə kömək edəcəyini, səni üstün edəcəyini yadına sal!..
Əgər şeytan sənə xəstəliyinin heç vaxt sağalmayacağını, əgər xəstəsənsə elə bu vəziyyətdə qalcağını, heç vaxt sağalmayacağını, xəstəlikdən xilas olmayacağını fikrini gətirsə, Allahın rəhmətini, Allahın mərhəmətini, Allahın lütfünü, Allahın səni sevməsini, seni sevdiyi üçün yaratmasını, səni bu xəstəlikdən xilas edəcəyini xatırla. Allahın rəhmətini dərhal yadına sal!..
Əgər şeytan sənə başına gələn hansısa bir bəladan xilas olmayacağını, bu ağır imtahanlardan səni xilas etməyəcəyi fikrini gətirsə, yəni ağlına belə fikirlər gəlsə dərhal Allahın vədini xatırla!.. 
Gəlin birlikdə bu sözü deyək: "Hasbiyəllahu və niməl vəkil", yəni Allah bizə kifayətdir, O necədə gözəl Vəkildir. Allah bizə ən gözəl vəkildir. Allaha həmd olsun...
Yaşar Qurbanov, İlahiyyatçı





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR