Dünya

Qüds niyə mühüm yerdir?


İsraillilər və fələstinlilər üçün müqəddəs yer olan Qüds (Yerusəlim) son dərəcə mübahisəlidir. İsrail, şəhəri öz paytaxtı hesab edib, fələstinlilər isə şərqi Qüdsü gələcək Fələstin dövlətinin paytaxtı kimi görürlər. BBC News Azərbaycanca Qüdsə verilən əhəmiyyət barədə bəzi sualları bir araya gətirib.
Ən son hadisələr nədir?
İsrail-Fələstin qarşıdurmasının mərkəzində duran məsələlərdən biri də Qüdsün mənsubiyyəti ətrafında mübahisədir.
Bir çox ərəb və israilli üçün bu münaqişə etnik kimliyin təməl elementi kimi qəbul olunur. Son günlər ərzində davam edən zorakılığın kəskinləməsi də bunun təzahürü sayıla bilər.
Beynəlxalq təşkilatlar və hökumətlər tərəfləri zorakılığı cilovlamağa səsləyirlər. Lakin gərginlik səngimək bilmir.
Zorakılıq həmçinin ərəb əhalisi olan bəzi İsrail şəhərlərində də müşahidə olunur. İsrail vətəndaşlarının 20 faizini ərəb mənşəli sakinlər təşkil edir.
1967-ci ildə "Altıgünlük müharibə"dən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin "bölünməz paytaxtı" tanıyır.Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər.
İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.
İsrailin işğalı yerli demoqrafiyanı dəyişdirdimi?
1967-ci ildən etibarən İsrail bölgədə salınmış ən azı 10 məskənə təqribən 200 min yəhudi sakin köçürüb.Hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir.
Qüdsdəki yəhudi məskənləri beynəlxalq hüquq baxımından qanunsuz sayılır. Ancaq İsrail bunu qəbul etmir.
Qüdsü İsrailin paytaxtı tanıyan olubmu?
2017-ci ilin sonunda ABŞ-ın keçmiş prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürüləcəyini bildirmişdi.
2018-ci il may ayında bu qərar yerinə yetirildi və hazırda Amerikanın Təl-Əvivdəki diplomatik missiyasının binasında ABŞ Səfirliyinin bölmə ofisi fəaliyyət göstərir.1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə, Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır. Buna görə ABŞ-ın qərarı geniş beynəlxalq tənqidə tuş gəldi.
Qüds duyanın ən qədim şəhərlərindəndir. O, müxtəlif dövlətlərin tərkibində olub.1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı İmperiyası nəzarət edib.
Qüds müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlərə sahibdir.
Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri "Həram əs-Şərif" məscidinin yerləşdiyi müqəddəs məbəd kompleksidir. Buraya İslam dünyası üçün əhəmiyyətinə görə üçüncü ibadət yeri sayılan "əl-Aqsa" məscidi də daxildir.
Eynilə burada yəhudilərin ən müqəddəs saydığı "Ağlama Divarı" və xristianların "Müqəddəs Məzar Məbədi" yerləşir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR