Manşet / İqtisadiyyat

“Azertexnolayn” ixrac istiqamətləri genişləndirir


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, “Azertexnolayn” MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.
Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR