Manşet / Cəmiyyət

Kubalı idmançı Heydər məscidində İslam dinini qəbul etdi - VİDEO


Azərbaycanda Boks Fedarasiyasının üzvü olan Alfonso Dominges müqəddəs Ramazan ayında Heydər məscidinə gələrək İslam dinini qəbul etmək istədiyini bildirib. Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev "Yenisumqayit.az"-a bildirib ki, ölkəmizdə gördüyü İslami mühit tanınmış idmançını müsəlman olmağa vadar edib. Məsciddə ona İslam dini haqqında məlumat verilib, müsəlman olmağın qaydalar izah edilib. Loren Berto Alfonso Dominges Şəhadət kəlməsini söyləyərək İslam dinini qəbul edib. Müsəlman olduqdan sonra o, Muhəmməd adını da qəbul edib.
Dominges müsəlman bir xanımla da nişanlanıb.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının legioner idmançılarından olan və qısa müddətdə uğurlu nəticələr göstərərək azərbaycanlı azarkeşlərin rəğbətini qazanan Loren Alfonso Dominges 28 may 1995-ci ildə Kubada anadan olub. Kasıb bir ailədə böyüyüb.
2017-ci ilin yanvarında Alfonso Dominges ilk dəfə Azərbaycan çempionatında iştirak edib. 2018-ci ilin noyabrında Azərbaycan millisinə cəlb olunub.
2019-cu ilin aprelində Bakıda keçirilən ənənəvi "Böyük İpək Yolu" beynəlxalq boks turnirinin gümüş mükafatçısı, həmin il Minskdə keçirilmiş 2-ci Avropa Oyunlarının isə qalibi olub.









Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR