Cəmiyyət

Mayın 20-də gözlənilən hava


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 15-19, gündüz 26-31, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq. Gündüz meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Gecə 15-20, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR