Manşet / Cəmiyyət

Sumqayıtda sağlamlıq imkanları məhdud gənclərlə tədbir keçirilib


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 19-da Heydər Park ərazisində açıq hava şəraitində mövcud pandemiya qaydalarına uyğun olaraq əlilliyi olan gənclər arasında rəsm, əl işlərindən ibarət sərgi və dama yarışı təşkil edilib. Tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınından irəli gələn məsələlərin həlli, sosial müdafiəyə ehtiyacı və əlilliyi olan gənclərin ölkənin ictimai-mədəni, idman həyatında iştirakının təmin edilməsi, bu kateqoriyadan olan gənclərin bacarıqlarının üzə çıxarılması, dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkil edilmədi olub.
“28 may - Respublika günü”nə həsr edilmiş sərgidə “Vətənpərvərlik”, “44 günlük müharibə”, “Milli-mənəvi dəyərlərimiz” mövzuları olmaqla rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə kimi əl işlərindən ibarət ümumilikdə 28 əsər nümayiş olunub. Tədbir çərçivəsində eyni zamanda əlilliyi olan gənclər arasında dama yarışıda keçirilib.
Sərgi və dama yarışı iştirakçılarına və qaliblərə fəxri fərman və hədiyyələr təqdim edilib.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR