Cəmiyyət

Şəhid Tərlan Rzayevin xatirəsi anılıb


Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rzayev Tərlan Rövşad oğlunun doğum günüdür. Rzayev Tərlan 21.05.2001-ci il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 27.09.2020-ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.
Rzayev Tərlan Rövşad oğlu ön cəbhəyə gedərək son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək, döyüş bölgəsində düşməni hədəfində tutmuş və bir çox erməni əsgərini məfh edərək Şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Millət vəkili Hicran Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanına gedərək şəhidimiz Rzayev Tərlan Rövşad oğlunun məzarı üzrə gül dəstələri qoyaraq şəhidin xatirəsini yad edib. Daha sonra isə şəhidimizin ailəsinə gedilərək dərin hüzünlə baş sağlığı verib, şəhidimizlə qürur duyulduğunu bildirib, hər zaman lazım olan qayğını və dəstəyi bundan sonra da ailəyə gösdərəcəklərini bildiriblər.
Millət vəkili Hicran Hüseynova şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında qürur və ehtiram hissi ilə baş əydiyini bildirir. Həmçinin şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verdiyini və şəhidimizlə bütün Azərbaycanın qürur duyduğunu bildirir.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR