Manşet / İqtisadiyyat

"Azertexnolayn" MMC Çexiyaya HDPE boru ixracına başlayıb


Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC-nin məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, "Azertexnolayn" MMC İtaliya və Ruminya ilə yanaşı, Çexiyaya da HDPE borularının (təzyiqli su boruları) ixracına başlayıb.
İnvestisiya dəyəri 103 milyon ABŞ dollarından çox olan “Azertexnolayn” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Müəssisələrdə indiyədək 430 milyon manatdan çox məhsul istehsal olunub və 99 milyon manatlıq hissəsi ixrac edilib.
Ümumilikdə, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR