Hadisə

Bakıda şirniyyatın içərisindən qayka çıxdı - FOTO


Bakıda şirniyyatın içərisindən metal parçasının çıxdığı iddia olunur.
Azad İstehlakçılar Birliyindən "Report"a şikayət bildirilib ki, Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Şikayətçi 6 yaşlı nəvəsinin yediyi "pryanik"in içərisindən qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.
Vətəndaş qeyd edib ki, sözügedən şirniyyat sexi Qida Təhükəsizliyi Agentliyi tərəfindən verilmiş lisenziya ilə fəaliyyət göstərsə də, müəssisədə sanitar gigiyeniya qaydalarına əməl olunmur.
"Report" məsələ ilə bağlı Bəşir Bünyatov küçəsində fəaliyyət göstərən, N.Süleymanova məxsus şirniyyat sexi ilə əlaqə saxlayıb. Sahibkar səhlənkarlıq ola biləcəyini istisna etməyib:
"Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Report”a bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara başlanılıb:
“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR