Faydalı

Mal ətini at ətindən necə seçək?


İstehlakçılar bəzən ət alan zaman aldadılırlar. Belə ki, alıcılar mal əti ilə digərlərini seçməkdə çətinlik çəkirlər. Qəssablar çox vaxt insanları aldadaraq, mal əvəzinə at əti satırlar.
Lent.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirir ki, müvafiq qanunvericiliyə görə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər bir malın, o cümlədən ətlərin mənşəyini göstərən sənəd olmalıdır:
“Nə qədər ki, heyvanların identifikasiyası həyata keçirilməyib, bu problem həll olunmayacaq. Yəni, heyvan dünyaya gələndən sona qədər onun izlənməsi prosesi həyata keçirilməlidr.
Bəzi qəssablar at ətini mal ətinə qarışdırıb satır. Bu sahədə ən yaxşı işi DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi görür. Onlar dəfələrlə murdar ət satanları ifşa edir”.
Eyyub Hüseynov qeyd edir ki, istehlakçıların bunu ayırd etməsi o qədər də asan deyil:
“At əti tünd qırmızı, qabırğası enli və bişəndə spesifik iyi olur. Mal ətində isə bu göstəricilər yoxdur. Çox vaxt saxtakarlar əti hər cür rəngə boyamağı bacarır. Mal əti ilə qarışdırıb istehlakçını aldadırlar. Sadə istehlakçılar bunu ayıra bilmir. İnsanlar şübhəli məqamla rastlaşan zaman Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə məlumat verə bilərlər. Həmin qurum ətin mənşəyini ayırd edə bilər”. 





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR