Manşet / İqtisadiyyat

Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişə başlanılır


Visa şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıqda, şəhərətrafı dəmir yollarında təmassız ödəniş sisteminin tam şəkildə istifadəyə verilməsini elan edib. Artıq Bakı və Sumqayıt şəhərləri arasında ən sürətli sərnişin daşımalarını təmin edən və sərnişinlərin geniş istifadə etdikləri Abşeron dairəvi dəmir yolunun bütün stansiyalarında ölkənin istənilən bankı tərəfindən buraxılmış kartların sahibləri üçün təmassız ödəniş etmək mümkündür. Sərnişinlər gediş haqlarını təmassız ödəniş kartları və üzükləri vasitəsilə rahat və təhlükəsiz ödəyə bilərlər.
Hazırda Abşeron dairəvi dəmir yolunun 14 stansiyasının hamısında hər iki istiqamətdə təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb.
Sözügedən layihənin bir hissəsi olaraq, dairəvi dəmir yolunun bütün stansiyalarında yerləşdirilmiş 27 biznes terminalı vasitəsilə sərnişinlər təmassız şəkildə əlavə ödəniş edərək biletlərin kateqoriyasını biznes klassadək yüksəldə bilərlər. Sərnişin tərəfindən ödənilən tarif məsafədən asılıdır – gediş haqqı sərnişinin keçdiyi stansiyaların sayına əsasən avtomatik hesablanır. Beləliklə, sərnişinlər gediş haqlarını tez, rahat və təhlükəsiz qaydada ödəyirlər. Nəqliyyat operatoru isə təmassız ödənişlər sayəsində sərnişinlərin qeydiyyatı və daşınması proseslərini optimallaşdırır, eləcə də əlaqədar xərcləri azaldır.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR