Hadisə

Soyğunçuluq edən Kimyaçılar qəsəbə sakinləri saxlanıldı


Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyunun 2-də 14-cü məhəllənin ərazisində 3 nəfərin H.Z.Tağıyev qəsəbə sakini F.Ağammədovun 237 manat pulunu açıq talama yolu ilə alması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kimyaçılar qəsəbə sakinləri A.Əliyeva, T.Paşayev və oğlu müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR