Elan

Sumqayıtda İŞ VAR: STP-dən 2 vakansiya


1. “Sumqayıt Texnologiyalar Parkı’’ MMC Hüquq departamentinin Mübahisəli məsələlərin tənzimlənməsi bölməsi üzrə Menecer vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, Hüquq sahəsində müvafiq təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:
  • Ali hüquq təhsili olmalı;
  • Məhkəmələr və ya hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmalı;
  • Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
  • Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
  • Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
  • Şirkətin tərəf olduğu məhkəmə proseslərinin qeydiyyatının aparılması və nəzarət edilməsi;
  • İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
  • Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin qeydiyyatının aparılması, qərarlarının icrasının təmin edilməsi üçün zəruri addımların atılması, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
  • Şirkətin səlahiyyətli nümayəndəsi qismində hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
  • Debitor borclar, icraatda olan məhkəmə və icra işləri, hüquq-mühafizə orqanlarının sorğuları ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
  • Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mübahisəli məsələlərin tənzimlənməsi üzrə Menecer” yazaraq 03.07.2021-ci il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

2. “Sumqayıt Texnologiyalar Parkı’’ MMC Hüquq departamentinin Mübahisəli məsələlərin tənzimlənməsi bölməsi üzrə Böyük hüquqşünas vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Özünə və peşəkarlığına güvənən, Hüquq sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:
  • Ali hüquq təhsili;
  • Məhkəmə və icra orqanları ilə iş sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
  • Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı.
Hansı işləri görəcəksiniz:
  • Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin uçotunun aparılması, qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
  • Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
  • İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
  • Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya və kasasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
  • Debitor borclar, icraatda olan məhkəmə və icra işləri ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
  • Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük hüquqşünas” yazaraq 18.06.2021 il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR