Manşet / Cəmiyyət

"Sumqayıt"dan ilk transfer


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK ilk futbolçu keçidini reallaşdırıb.
Klubdan verilən məlumata görə, əvvəllər də komandamızın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu komandamızda "74" nömrəli formada çıxış edəcək.
Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında komandamızda çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR