Cəmiyyət

"Sumqayıt" yeni qapıçı aldı


2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK növbəti futbolçunun keçidini reallaşdırıb. Son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalanıb. Tərlan “1” nömrəli formanı geyinəcək.
2012-2017-ci illər arasında da “Sumqayıt” FK-da çıxış etmiş Tərlan Əhmədli bu dönəmdə 11 oyun keçirib. Qapıçı “Qəbələ” ilə yanaşı (14 oyun) “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Tərlan Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR