Cəmiyyət

"Sumqayıt" "Çukariçki" ilə üz-üzə


İyunun 16-da İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə "Sumqayıt" FK Serbiyanın “Çukariçki” klubu ilə üz-üzə gələcək. Mərhələnin oyunları iyulun 22-si və 29-da keçiriləcək.
"Sumqayıt FK-nın baş məşqçisi Ayxan Abbasov püşkatmanın nəticəsi barədə fikirlərini bölüşüb: “Sumqayıt” FK olaraq ötən mövsüm avrokubok həyacanını yaşamışdıq. Əlbəttə, az da olsa təcrübəmizin olduğunu düşünürəm. Dünən axşam məlum olan 5 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır. Püşkün nəticəsinə əsasən, Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacağıq. 94 yaşlı rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Bizim kimi onlar da, daha çox yerli futbolçuların xidmətindən yararlanır. Rəqibin Avropa təcrübəsi bizdən çox olsa da, ötən il qazandığımız təcrübənin bizə kömək olacağını düşünürəm. İndi əsas işimiz yeni mövsümə hazırlaşmaq və bu oyuna qədər komandanı hazır vəziyyətə gətirməkdir. Konfrans Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR