İqtisadiyyat

“Karvan"da qanun pozuntuları aşkarlandı


İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. İyunun 17-də keçirilən monitorinqlər zamanı  Binəqədi rayonunda "Catre" MMC-də, İlhamə Həsənovaya məxsus mağazada, Nərimanov rayonunda İlkanə Ömərovanın “Uşaq geyimləri mağazası”nda, Nəsimi rayonunda Elxan Əsədova məxsus “Market”də, Nizami rayonunda “Grandmart” ticarət obyektində, Səbail rayonunda Şamo Abuzərovun ərzaq mağazasında, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”nda, Xətai rayonunda Tacirə Əliyevaya məxsus “Uşaq geyimləri mağazası”nda, Xəzər rayonunda “Baku Tİcarət Mərkəzi”ndə, Yasamal rayonunda Maarif Abışova məxsus mağazada, Gəncə şəhərində "Azəri xatun geyim mağazası”nda, “Papatya” ticarət obyektində, Rauf Məmmədova məxsus çörək istehsalı müəssisəsində, Sumqayıt şəhərində “Karvan Ticarət Mərkəzi”ndə, “Emil market”də, ümumilikdə 19 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR