Cəmiyyət

Sabah 41 dərəcə isti olacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
“Report”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 23-25, gündüz 38-40 dərəcə isti olacaq.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.
Gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.
Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR