Manşet / Cəmiyyət

Prezident sumqayıtlı dövlət qulluqçularını təltif etdi


Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sumqayitxeber.com-un məlumatına görə, dövlət qulluğunda səmərəli fəaliyyət göstərən Sumqayıt şəhər İcra Hakimiyyətinin iki əməkdaşı  təltif edilib.
Əzimov Sevindik Şükür oğlu və Əliyev Elvaris Rüstəm oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Sevindik Əzimov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, Elvaris Əliyev isə Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışır.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR