Hadisə

Sumqayıt sakini evində ölü tapılıb

Sumqayıtda 28 yaşlı gənc evdə ölü tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb.
1993-cü il təvəllüdlü Tural Əliyev yaşadığı evdə qəfildən halı pisləşərək dünyasını dəyişib. Onun narkotik aludəçisi olduğu və yüksək dozada narkotik maddə qəbul etdiyi üçün öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR