Cəmiyyət

Sumqayıtlı universal döyüşçü dünya çempionu oldu


Ukraynanın Koblevo şəhərində yeniyetmə, gənclər, qadınlar və kişilər arasında Dünya kuboku keçirilib.
"YeniSumqayit.az" xəbər verir ki, Sumqayıt Döyüş Klubunun yetirməsi olan Ülvi Teyyubzadə də yarışlarda uğurla iştirak edib. Qaydasız döyüş növü üzrə 100 kq+ çəki dərəcəsində mübarizə aparan Ülvi yarımfinalda Gürcüstan, finalda isə Moldova idmançılarına qalib gələrək dünya kubokunu qazanıb və qızıl medala layiq görülüb.
Ülvi Teyubzadə Sumqayıt Dövlət Universitetinin kimya və biologiya fakültəsinin 3-cü kurs tələbəsidir.






Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR