Manşet / Cəmiyyət

Qazinin qaz problemi həll edildi


“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrinin müraciətlərini qeydə almağa başlayıb. Qurumdan verilən məlumata görə, bununla bağlı müvafiq strukturlarda məsul şəxslər ayrılıb və tərtib olunan tədbirlər proqramı əsasında qeyd edilən kateqoriyadan olan insanların qaz təsərrüfatına dair problemlərinin həllinə çalışılır. Qazi və ya şəhid ailəsinin yaşadığı küçədə, məhəllədə digər təbii qazdan istifadə edə bilməyən fərdi yaşayış evləri də varsa, Birliyin daxili imkanları hesabına həmin ərazidə küçə xətlərinin çəkilməsi də təmin edilir.
Bu günlərdə daha bir qazi müraciəti də həllini tapıb. Elşən Mustafayev 1993-1994-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Sumqayıt şəhəri, Yaşıldərə adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Birliyin baş direktorunun tapşırığı ilə qazinin yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR