Cəmiyyət

Sumqayıtda müharibədən zərər çəkənlərə psixoloji yardım


Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.
Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə 13 iyul 2021-ci il tarixindən başlayaraq Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 79 ünvanında yerləşən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
Fövqəladə Hallar Nazirliyi tərəfindən türkiyəli psixoloqlarla birlikdə ötən müddət ərzində Bakı, Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində psixoloji yardım xidməti həyata keçirilib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR