Cəmiyyət

Sumqayıtda 5 direktor işdən azad olunub


Sumqayıtda bir sıra məktəb direktorları tutduqları vəzifədən azad olunublar.
Xeberle.com-un məlumatına görə, son bir ildə 65 yaş senzinə görə, bir sıra məktəb direktorları ilə bağlanan müqaviləyə xitam verilib.
Uzun illər 16 nömrəli məktəbin direktoru olan Niyaz Süleymanovla bağlanan müqaviləyə ötən ilin avqustunda xitam verilib. 2020-ci ilin sentyabrın 1-dən isə həmin məktəbə rəhbərlik müvəqqəti olaraq Sevil Behbudbəyliyə tapşırılıb.
Sumqayıtın köhnə məktəblərindən olan C.Səfərov adına 10 saylı məktəbin direktoru Tahir Nəsibov da ötən ilin oktyabrın 8-də tutduğu vəzifədən azad olunub. Məktəbdə hazırda Təranə Mehdiyeva direktor əvəzidir.
Yusif Məmmədəliyev adına 31 nömrəli orta məktəbin direktoru Xanım Əhmədova ilə müqaviləyə 2020-ci ilin oktyabrın 9-dan xitam verilib. Bu ilin yanvarın 22-də məktəbə Leyla Əliyeva direktor təyin olunub.
42 nömrəli orta məktəbin direktoru Şahsənəm Məmmədova bu il yanvarın 15-dən tutduğu vəzifədən azad olunub. Məktəbdə hazırda İlham Mirzəliyev direktor əvəzidir.
Uzun illər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru işləmiş Ayət Kərimova ilə bağlanan müqaviləyə bu ilin iyunun 23-dən xitam verilib. Gimnaziyaya rəhbərlik müvəqqəti olaraq Fərqiyyə Alimovaya tapşırılıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR