Cəmiyyət

Sumqayıt - Çukariçki matçına azarkeşlər buraxılacaq


Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.
Beləliklə, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Sumqayıt” – “Çukariçki” qarşılaşmasına stadionun 50% tutumu qədər azarkeş buraxılacaq. Biletlərin satışı ilə bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.
"Sumqayıt" Serbiya "Çukariçki"si ilə ev oyununu iyulun 29-da keçirəcək.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR