Cəmiyyət

Şəhid Niyaməddin Ələkbərovun xatirəsi yad edilib


Bu gün Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran xanım Hüseynovanın nümayəndəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Niyaməddin Ələkbərovun xatirəsini yad edib. Şəhidimizin ailəsinə dərin hüzünlə baş sağlığı verilib, şəhidimizlə qürur duyulduğu, hər zaman lazım olan qayğı və dəstəyin bundan sonra da göstəriləcəyi bildirilib.
Şəhidin ailəsi oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar, göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər, dövlət başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin giziri Niyaməddin İsrafil oğlu Ələkbərovun doğum günüdür. Niyaməddin Ələkbərov 12.07.1988-ci ildə dünyaya gəlib, ötən il oktyabrın 2-də 2-ci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olub və Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidimiz Niyaməddin Ələkbərovun ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” ,” Füzulinin azad olunmasına görə” medallarla təltif olunub.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR