Cəmiyyət

"ASAN Sumqayıt" əməkdaşları Polad Həşimovun ailəsini ziyarət ediblər


Sumqayıt regional "ASAN xidmət" mərkəzinin əməkdaş və könüllüləri şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun şəhid olmasının ildönümüdür.
Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə ailəsi Sumqayıt şəhərinə köçərək burada yaşayıblar.
Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olan P.Həşimov ötən il iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı, Sumqayıt və Qəbələdə adına küçə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində park var.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR