Cəmiyyət

Sumqayıtda Polad Həşimovun xatirə abidəsinin açılışı olub


Bu gün Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı olub.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, Polad Həşimovun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abidənin önünə gül-çiçək dəstələri düzülüb, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Çıxışçılar Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Sonra Sumqayıtda Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib.
Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov orta təhsilini Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P.Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.
Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Sumqayitxeber.com







Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR