Hadisə

Sarayda çətənə kolları aşkarlanıb


Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Saray qəsəbəsi sakini Fərid Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun qəsəbə ərazisindəki evinin həyətinə baxış zamanı kultivasiya etdiyi 2 kiloqram 260 qram çəkidə 19 çətənə kolu aşkarlanıb. F.Vəliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədilə əkdiyini bildirib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar və istintaq tədbirləri davam etdirilir.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR