Cəmiyyət

Sumqayıtda şahmat turniri


Sumqayıt regional “ASAN xidmət” mərkəzinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 9-da 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbində mövcud pandemiya qaydalarına uyğun olaraq Milli Qəhrəman general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib.
Yarışda Sumqayıt və Bakı “ASAN xidmət” mərkəzlərini, Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən 16-29 yaşlı gənc könüllülərdən ibarət, hər birində 3 oyunçu olmaqla 9 komanda, ümumilikdə isə 35 nəfər iştirak edib.
Yarışın sonunda 1-ci yerə Sumqayıt regional “ASAN xidmət” mərkəzinin, 2-ci yerə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin, 3-cü yerə isə 2 saylı Bakı “ASAN xidmət”mərkəzlərinin komandaları layiq görülüb.
Qaliblərə kubok, medal, fəxri fərman və hədiyyələr təqdim edilib.
Növbəti mərhələlərdə futbol, basketbol və voleybol idman növləri üzrə yarışların təşkili nəzərdə tutulur.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR