Manşet / Cəmiyyət

Daha 3 qazimiz Vətənə döndü


Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən qazilərimiz Məmmədov Cəfərsadiq Zeydulla oğlu, Rəcəbli Rza İsmayıl oğlu və Kərimov Röyal Şəhadət oğlunun müalicə prosedurları artıq uğurla yekunlaşıb, onlar sağalaraq Vətənə geri dönüblər.
Qazilərimizin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR