Cəmiyyət

Sumqayıtda 4 restorana 16 min manat cərimə


Sumqayıtda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib.
APA-nın məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love Palace” restoranlarında qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Şənlik məclislərində obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.
Restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR