Faydalı

Kondisioner işlədənlər üçün VACİB QAYDALAR


Kondisioner isti yayı rahat keçirməyə imkan verir. Lakin kondisionerdən düzgün istifadə etmək lazımdır ki, sağlamlığa ziyan vurmasın.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla kondisionerin işlətməsi ilə bağlı vacib qaydaları sizə təqdim edir:
1. Kondisioner bir çoxlarının fikirləşdiyi kimi çöldən havanı içəriyə buraxmır, yalnız otaqda olan havanı sərinləşdirir. Odur ki, kondisioner işləyən otağın bütün pencərələri bağlı olduqda havada olan oksigenin miqdarı getdikcə azalır və bu da insan sağlamlığı üçün çox ziyanlıdır. İnsanda halsızlıq, yuxululuq, yorğunluq kimi əlamətlər meydana gəlir.
Bu səbəbdən kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun. Yeri gəlmişkən, bəzi insanlar fikirləşdiyi kimi bu kondisonerə ziyan vurmur.
2. Kondisioner havanı çox qurudur. Selikli qişalarımız quruyanda orqanizmi allergen, mikrob və bakteriyadan yaxşı qoruya bilmir ki, nəticədə allergiya və soyuqdəymə riski də artır.
3. Kondisionerin filtrlərini tez-tez təmizləmək lazımdır. Filtrlər tutulduqda onların üzərində ziyanlı mikroblar artmağa və sonra da hava axını ilə evə yayılmağa başlayır.
4. Kondisionerin temperaturunu 24-25 C-dən aşağı salmağı tövsiyə edilmir.
5. Ürək xəstəlikləri olan insanlar kondisionerdən mümkün qədər az istifadə etməli, ventilyatora üstünlük verməlidir. Evdən çölə çıxanda temperaturların kəskin fərqi onlarda ürək tutmasına səbəb ola bilər.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR