Cəmiyyət

Sumqayıtda bütün marşrutlar kart sisteminə keçəcək


Sumqayıtda ictimai nəqliyyatla bağlı problem və yeniliklər şəhər sakinlərini daim maraqlandıran əsas mövzulardan biridir. Saytımızın sosial şəbəkə hesabları, habelə elektron poçtuna daxil olan müraciət və şikayətlərdən bununla bağlı nəticə çıxarmaq mümkündür. Şəhərimizdə bu sahəyə cavabdeh qurum - Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsi 6 ildir fəaliyyətə başlasa da avtobusları yeniləməkdən başqa əlavə bir dəyişiklik baş verməyib.
Bəs nəqliyyat vasitələrini dəyişməklə bütün işlər tamamlanırmı?
Xeberle.com-un suallarını İdarəin rəisi Sultan Əsədov cavablandırıb.
O bildirib ki, adıçəkilən qurum 2015-ci ilin dekabr ayından fəaliyyət göstərir, lakin hələ də taksi xidməti vahid sistemdə tənzimlənmir:
"Bildiyiniz kimi, Sumqayıt şəhərində aztəminatlı və məcburi köçkün ailələri çoxluq təşkil edir. Taksi xidməti ilə məşğul olanlar da belə ailələrdən olan vətəndaşlardır. Şəhər rəhbərliyi belə vətəndaşların ailələrinə qazanc aparmasına mane olmamaq üçün bəzi qanunsuzluqlara göz yumur.
Digər tərəfdən pandemiya bizim şəhərdən də yan keçmədi və belə vəziyyətdə aztəminatlı ailələrin çörəklərinə bais olmamaq üçün taksi xidmətlərinin vahid sistemə daxil edilməsi məsələsi uzanır.
Sentyabr ayından şəhər üzrə bütün marşrut avtobusları kart sisteminə keçəcək. Bu sahə üzrə hazırlıqlarımız davam etdirilir. Bütünlükdə kart sisteminə keçən nəqliyyatda nə kondisioner problemi, nə də ki, dayanacaqdan kənarda saxlamaq problemi olacaq.
Çünki hazırda planla çalışan sürücü kondisioneri yandırmır ki, yanacaq az işlənsin. Düzdür biz vaxtaşırı reydlər keçirib  kondisionerlərin işlədilməsini tələb edirik, lakin qarşısını tam şəkildə almaq mümkün deyil. Kart sistemi tam tətbiq olunduqdan sonra maaşla çalışan sürücü kondisioneri yandırmaqda tərəddüd etməyəcək, həmçinin də dayanacaqdan kənarda saxlayıb, bir-biri ilə ötüşmələrə də birmənalı şəkildə son qoyulacaq", - deyə S.Əsədov bildirib.
İdarə rəhbəri 1 saylı marşrut xəttinin fəaliyyəti ilə bağlı suala da cavab verərək qeyd edib ki, cari ilin iyul ayının birindən etibarən 1 saylı marşrutla 25 saylı marşrut xətti birləşdirilərək 1\25 adı ilə böyük tutumlu avtobusla fəaliyyətdədir. Bunun nömrəsini hər iki marşrut xəttinin hərəkət cədvəli ilə işlədiyi  üçün belə seçmişik.
Xeberle.com





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR