İqtisadiyyat

“Azertexnolayn” ixrac istiqamətlərini genişləndirir


Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC ixrac coğrafiyasını genişləndirir. Belə ki, MMC ilk dəfə olaraq qaz və su borularının Avstriya, İsveçrə və Bolqarıstana ixracına başlayıb və ilkin olaraq həmin ölkələrə xüsusi texniki göstəricilərə malik təzyiqli borular göndərilib.
Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir.
Hazırda “Azertexnolayn” MMC 62 çeşiddə məhsul istehsalı və 22 adda laboratoriya xidmətləri ilə regionun iri sənaye mərkəzlərindən biridir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR