İqtisadiyyat

Peşə Təhsil Mərkəzi və STP əməkdaşlıq edəcəklər


“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, Peşə Təhsil Mərkəzinin tələbələrinin “STP” MMC-nin istehsal müəssisələrində təcrübə keçməsinə və şirkətin texniki bazasından istifadə etməsinə şərait yaradılacaq. Bundan başqa, tərəflər tələbələrin texniki ixtisaslara maraqlarının artırılması üçün innovativ həllərə əsaslanan proqramların hazırlanması istiqamətində də əməkdaşlıq edəcək.
Təcrübə proqramında fərqlənən tələbələrin “STP” MMC-nin müvafiq işlə təmin ediləcəklər.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR