Xidmət

“Paşa Həyat” sığorta artıq Sumqayıtda

“Paşa Həyat” sığorta artıq Sumqayıtda


Sumqayıt şəhərində “Paşa Həyat Sığorta” şirkətinin “Şimal” filialı fəaliyyətə başlayıb.

Filialda həyat sığortası üzrə bütün xidmətlər, icbari və könüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.

Sığorta xidmətləri ilə yanaşı, filial eyni zamanda həyat sığortası məhsullarının tanıdılması istiqamətində bölgədə maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.

Şirkətdə hesab edirlər ki, “Şimal” filialının fəaliyyətə başlaması ölkənin şimal bölgəsində yaşayan sakinlərin sığorta xidmətlərindən istifadəsini, eləcə də bu xidmətlərdən yararlanmasını daha da asanlaşdıracaq.

Xatırladaq ki, “Şimal” filialı Nəriman Nərimanov küçəsi, 2 (45-ci məhəllə ilə 5-ci mikrorayonun arası) ünvanında yerləşir.


(fins.az)





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR