Siyasət

Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet istiqamətlərindəndir


Prezident İlham Əliyevin 2021-ci il 14 iyul tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi.
Prezident İlham Əliyevin təqdimat mərasimindəki çıxışı hər zamankı kimi, bu dəfə də mühüm mesajlarla yadda qaldı. Ölkə başçısı şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısına toxunaraq son illər bu istiqamətdə görülmüş işlərə nəzər saldı, İkinci Qarabağ müharibəsinin gedişi, eyni zamanda postmünaqişə dövrü ilə bağlı önəmli məsələlərə toxundu.
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı bundan sonra da davam edəcək
Şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var.
Vətəni uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın ailə üzvlərinə dövlət qayğısını əsirgəmir. Sağlamlığını itirən və yaralanan qazilərə bütün dövlət qurumları tərəfindən daim qayğı göstərilir. Digər sahələrdə olduğu kimi bu sahədə də görülən işlər unikallığı ilə seçilir. Müharibətə həyatını itirən və yaralanan şəxslər heç bir ölkədə Azərbaycanda olduğu kimi qayğı ilə əhatə olunmur. Ermənistan İkinci Qarabağ müharibəsində bizdən 2-3 dəfə çox itki verdi. Ancaq bu günə kimi müharibədə ölənlərin heç birinə də nə ev nə də avtomobil verilməyib.
Qazilərimizin məşğulluq məsələsi də ölkəmizdə diqqət mərkəzində saxlanılır. Bu məsələdə özəl sektor da fəal iştirak edir. Dövlət özəl sektorun inkişafı üçün çalışdığı kimi, özəl sektor da sosial məsuliyyətlərini qazilərimizin məşğulluğunda tətbiq edir. 200-dən çox sahibkar məşğulluq marafonuna qatılıb, bu layihə çərçivəsində artıq 160 qazi işə düzəlib.
Dövlət hər il özünüməşğulluqla bağlı vəsaitlər ayırır. Bu il təxminən 16 min insanın özünüməşğulluq proqramına cəlb olunacağı gözlənilir. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri var.
Son illərdə bu sahədə çox işlər görülüb. Dövlət 10 min şəhid ailəsinə və müharibə əlillərinə mənzillər və fərdi evlər verib və bu proses bu gün də davam edir.
2020-ci ildə Azərbaycanda 1572 şəhid ailəsi və Qarabağ qazisi evlə təmin edilib. Bu il isə üç minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək.
100-ə yaxın İkinci Qarabağ Müharibəsi qazisi artıq dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan ən keyfiyyətli protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu irimiqyaslı işlər təşəbbüslərlə yanaşı, 8400 müharibə iştirakçısına sosial ödənişlər verilib.
Artıq yaralı hərbçilərimizin müalicə olunması və sağlamlığını bərpa etməsi üçün bir neçə reabilitasiya mərkəzi yaradılıb. Bunlar çox böyük və böyük vəsait tələb edən proqramlardır. Prezident İlham Əliyev görüşdə bir daha bəyan etdi ki, bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.
Ölkə başçısı bildirdi ki, artıq regionda yeni inkişaf mərhələsi başlayıb – quruculuq və postmünaqişə dövrü.  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bunu da həll edən tərəf isə Azərbaycan dövlətidir. Biz artıq quruculuq işlərinə başlayıb. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanmış Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib.
Dövlət başçısı Zəngəzur məsələsinə də toxundu. Vurğulandı ki, artıq Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İŞərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Tarixi sənədlər, xəritələr göstərir sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir – 101 il bundan əvvəl.
Prezident İlham əliyev bir daha xatırlatdı ki, Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bütün kommunikasiyalar açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır.
Dövlət başçısı bir daha Ermənistana xəbərdarlıq etdi: Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Azərbaycan tərəfi bu istiqamətdə işlərin başlanmasına hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Sülh müqaviləsi ilə bağlı olan təklifimiz yeni real vəziyyətə əsaslanır. Hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir.
Beləliklə, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin, maddi durumlarının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Sosial problemlərinin həlli bu gün də gələcəkdə də prioritet vəzifələrdən biridir.
Vəzirxan Ənsərov
YAP Sumqayıt şəhər təşkilatının sədr muavini





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR