Cəmiyyət

Ayxan Abbasov: Hazırlıqlı gəlmişik


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Çukariçki” – “Sumqayıt” qarşılaşması öncəsi “Çukariçki” stadionunda mətbuat konfransı baş tutub. Media mənsubları qarşısına çıxan “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov sabahkı oyunla bağlı fikirlərini bildirib:
“Sabah bizi Serbiyada Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə olduqca vacib oyun gözləyir. Belqrada yüksək əhval-ruhiyyə ilə gəlmişik. “Çukariçki” ilə oyun avrokuboklarda bizim ikinci sınağımız olacaq. Klubumuzun tarixində Avropa səviyyəli turnirdə ilk səfər oyunumuzu keçirəcəyik. Rəqibimizə gəlincə, onlar da bizim kimi öz çempionatlarını arxada qalan mövsümdə 3-cü pillədə başa vurub. Ötən müddət ərzində onları az-çox tanımaq imkanımız olub. Təlim-məşq toplanışı dövründə keçirdikləri yoxlama oyunlarını və Serbiya çempionatının ilk turunda “Vojdovats” ilə qarşılaşmanı izləmək imkanımız olub. Çempionatda ilk turda üstün performans göstərərək, əzmkar qələbə qazanıblar. Rəqib futbolçular bir-birlərini yaxşı başa düşürlər, bu da 2-3 il birlikdə oynamalarından irəli gəlir. “Çukariçki”nin heyətində fərdi oyunu ilə seçilən futbolçular da var ki, onlara qarşı hazırlıqlı gəlmişik. Ötən il ilk avrokubok oyunumuzu evdə keçirsək də, məlum səbəblərə görə həmin matç azarkeşsiz keçirilmişdi. Şükürlər olsun ki, azarkeşlərimizin stadionlara gəlməsinə icazə verildi. Ümid edirəm ki, bir həftə sonra cavab oyununa azarkeşlərimizin qarşısına yaxşı nəticə ilə çıxacağıq”.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR