Cəmiyyət

Sumqayıtda 36 min sakinə tibbi xidmət göstərilib


İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin iyun ayı ərzində Sumqayıt TƏB-i üzrə 36752 vətəndaşa ambulator və stasionar şəraitdə olmaqla 105 356 tibbi xidmət göstərilib.
Ay üzrə Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 94 təşkil edib.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi, sidik-cinsiyyət sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla bağlı müraciətlər müqaviləli tibb müəssisələrinə yönləndirilib.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR