Cəmiyyət

Marko Dociç: "Sumqayıt" təhlükəli rəqibdir


"Bizi qarşıda iki çətin oyun gözləyir. Rəqib yaxşı müdafiə olunan intizamlı komandadır. "Sumqayıt" beş medafiəçi ilə oynayır. Əks hücumlarda sürətli futbolçuları var və təhlükəli rəqibdir".
"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının kapitanı Marko Dociç evdə "Sumqayıt"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi meydana çıxmağı səbrsizliklə gözlədiyini bildirib.
Dociçin sözlərinə görə ilk matçı Serbiyada oynamaq onlar üçün üstünlükdür: "Burada müsbət nəticə qazansaq, cavab görüşü asan ola bilər. Rəqibin güclü və zəif tərəflərini bilirik. Azərbaycanda futbol təcrübəsi olan oyunçu və məşqçilərdən təlimat aldıq".
İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.





Xəbər lenti

Təqvim

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR