Cəmiyyət

Mətin Muradlı beynəlxalq olimpiadada birinci oldu


18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası (IBO2021) təşkil edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, 76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mətin Muradlı qızıl, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin 10-cu sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb.
Qalib şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR