Cəmiyyət

Sumqayıt - Çukariçki matçının biletləri satışda


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sumqayıt" - Çukariçki" qarşılaşmasının biletləri iyulun 26-dan etibarən satışa çıxarılıb. Biletlər məhdud saydadır.
Biletləri "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" (10-cu mikrorayon) filialından əldə etmək mümkündür.
İyulun 29-da, saat 20:00-da "Kapital Bank Arena"da keçiriləcək matç İctimai TV ilə canlı yayımlanacaq. Oyunu danimarkalı baş hakim Yorgen Burxardt idarə edəcək. Yan xətlərdə Lars Hummelqard və Nils Hög baş hakim Yorgen Burxardta yardım edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Sandi Putros olacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR