Hadisə

Narkotiki təbliğ edən Sumqayıtlı gənc saxlanıldı


"TikTok” platformasında narkotik vasitələri təbliğ edən bir nəfər saxlanılıb.
"Report"un məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb.
T.Bağırovla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.
Videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR