Cəmiyyət

Vətən müharibəsi iştirakçısı Sumqayıt üzrə KOB Dostu təyin edilib


İki Vətən müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində işlə təmin olunub.  
Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuş Səid Abasov Agentliyin Bakı şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib.
İşlə təmin edilmiş digər Vətən müharibəsi iştirakçısı isə Xəyal Məmmədzadədir. Vətən müharibəsində Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş X.Məmmədzadə Agentliyin Sumqayıt şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. 
KOBİA Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub, sahibkarlıq subyektlərinin də bu xeyirxah təşəbbüsdə iştirak etməsi üçün çağırış edib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR