Cəmiyyət

Nikola Çoliç: "Sumqayıt"la matçda soyuqqanlı olmalıyıq"


"Sumqayıt"la oyunda qol imkanlarını əldən verdiyimiz üçün təəssüflənirik. Hesab edirəm ki, qələbəyə layiq idik. Çünki oyuna biz nəzarət edirdik. Topun qapıdan keçmədiyi matçlardan biri oldu".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya "Çukariçki"sinin futbolçusu Nikola Çoliç klubun rəsmi saytına açıqlamasında evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
19 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisindən daha yaxşı kollektiv olduqlarını bildirib: "Sadəcə, bunu meydanda sübut etmək lazımdır. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq".
Serbiyalı gənc oyunçu onları gözləyən çətinlikdən xəbərdar olduqlarını söyləyib: "Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Amma hər şeyə hazırıq. Sakitcə qarşıdakı oyuna köklənirik. İnanıram ki, bizi heç nə təəccübləndirə bilməz. Hazırda bütün diqqətimiz avrokuboklara yönəlib. İlk görüşdəki səhvlərimizi düzəltməliyik. Bizə daha çox konsentrasiya lazımdır. Yalnız bu oyundan sonra potensial rəqiblərimiz barədə düşünə bilərik".
İyulun 29-da Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. Cütün qalibi 3-cü raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR